“Louis Vuitton” tarixində ikinci dəfə 1758 karat ağırlığında almaz alıb

“Louis Vuitton” şirkəti (LVMH – Luis Vuitton Moet Hennessy) tarixində ikinci dəfədir ki, 1758 karat ağırlığında almaz alıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, “Sewelo” ləqəblini almış bu almaz, 2019-cu ilin aprel ayında Botsvanada tapılıb və 1905-ci  ildən bəri ən böyük tapıntıdır. 3106 karat ağırlığında olan almazdan 530 və 317 karatlıq brilyant hazırlanmışdır. Şirkət tapıntının qiymətini dəqiq deməsə də, söhbətin “milyonlarla dollardan” getdiyini bildirir.

LVMH-nın Amerikan zərgərlik şirkəti ilə 16,2 milyard dollarlıq müqavilə bağlaması, onun bu bazarda dominant olmaq istəyinin bariz nümunəsidir. “Financial Times” qeyd edir ki, zərgərlik sahəsində məşhur brendlərin payı cəmi 20-23% təşkil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları