“Louis Vuitton” un sahibi Forbes jurnalının reytinqində Bill Gates-i ötüb keçib

0

LVMH-in sahibi olan milyarder Bernard Arnault, Forbes jurnalının dünyanın ən zəngin insanları reytinqində “Microsoft” şirkətinin təsisçisini ötüb keçib. Bu gün fransız milyarder bu reytinqdə ikinci yer tutur. 

Jurnalın qiymətləndirmələrinə görə, son dörd ayda Bernard-ın mülkü 76 milyard dollardan 104,2 milyard dollara qədər artıb. Müqayisə üçün Bill Gates-in mülkü 103,7 milyard dollar dəyərində qiymətləndirilir. Bu, 500 milyon dollar çoxdur. Forbes Real Time reytinqinin lideri “Amazon” şirkətinin rəhbəri Jeff Bezos-dur (164,8 milyard dollar). 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Mart ayında Bil Gates-in sərvəti 96,5 milyard dollar, amerikalı investor Warren Buffett-in sərvəti isə 82,5 milyard dollar dəyərində qiymətləndirilib. 

Xatırladaq ki, Bernard Arnault “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun sahibidir. 2019-cu ildə onun sərvəti 100 milyard dollara çatmışdır. Milyarderin ailəsi Notr-Dam kilsəsinin rekonstruksiyasına 200 milyon avro bağışlayacağını söyləsə də, hələki bu planını realizə etməyib.