9 C
Baku
Thursday, December 12, 2024

“Louis Vuitton” və “Tiffany” arasında 15,8 mlrd. dollarlıq müqavilə imzalanacaq

Fransanın “Louis Vuitton Moët Hennessy” (LVMH) konserni Amerikanın “Tiffany & Co.” şirkətini almağa razı olub.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, şirkət daha əvvəl danışıldığı kimi hər səhmə 131,5 dollar ödəyəcək.

“Bloomberg”in hesablamalarına görə, nəticədə LVMH təxminən 425 milyon dollar və ya müqavilə dəyərinin 2,6%-ni qənaət edəcək. Sövdələşmənin digər təfərrüatları hələ açıqlanmayıb. Qeyd edək ki, LVMH və “Tiffany” həmçinin ABŞ-da məhkəmə iddiasını həll etməyə çalışırlar.

“Louis Vuitton” və “Tiffany”nin əməkdaşlığı haqqında 2019-cu ilin oktyabrında danışmağa başlayıblar. Lakin 2020-ci ilin payızında LVMH satınalmadan imtina etdiyini açıqlayıb. CNBC-nin bildirdiyi kimi, LVMH pandemiyanın səbəb olduğu iqtisadi problemlərə görə “Tiffany”nin qoyduğu şərtləri yerinə yetirməkdən imtina edib.

Buna cavab olaraq “Tiffany” məhkəməyə müraciət göndərub və LVMH konsernini müqavilə şərtlərinə əməl etməyə məcbur etməyə çalışıb.

Son xəbərlər
Digər xəbərlər