4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

“Louis Vuitton”un sahibi qısa müddətdə dünyanın ən varlı adamı oldu

Avropanın ən varlı adamı və “LVMH” holdinqinin rəhbəri Bernar Arno 24 may tarixində dünyanın ən varlı adamları reytinqində birinci olub. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. İş adamı “Amazon”un qurucusu Ceff Bezosu yerindən sıxışdırıb.

Qeyd edək ki, Bakı vaxtı ilə 16:40-da Arno və onun ailəsinin sərvəti 186.3 milyard dollara yüksəlib. Bu, “LVMH” səhmlərinin 0.4% bahalaşması sayəsində baş verib. Nəticədə holdinqin kapitallaşması 320 milyard dollara, Arnonun sərvəti isə 600 milyon dollara çatıb.

Üçüncü yeri “Tesla” və “SpaceX”in qurucusu İlon Mask (147.3 milyard dollar) tutub. Xatırladaq ki, 8 yanvarda milyarder Bezosu keçərək dünyanın ən varlı adamına çevrilib, lakin bir müddət sonra bu statusu itirib.

Hal-hazırda dünyanın ən varlı adamı yenə Ceff Bezosdur. “Forbes Real-Time” məlumatına görə, onun sərvəti 188.3 milyard dollar dəyərində qiymətləndirilib. Arno və onun ailəsi 186.9 milyard dollar, Mask isə 150.7 milyard dollar varidata sahibdir.

2021-ci ilin birinci rübündə “LVMH” holdinqinin gəliri 32% artaraq illik ifadədə 17 milyard dollar təşkil edib. Bu, lüks seqmentə daxil olan əşyalara tələbin artması ilə əlaqəli olub.

Son xəbərlər
Oxşar xəbərlər