31 C
Baku
Wednesday, August 10, 2022

Lovers Deep – möhtəşəm sualtı otel

Artıq su altında zaman keçirmək nəinki dənizçilər, adi insanlara da əlçatan olacaq. Belə ki, Lovers Deep sualtı oteli sözün əsl mənasında öz müştərilərini suyun dərinliklərinə aparacaq. Bu otel-gəmi bir neçə yüz metr dərinliyə enmək imkanına sahibdir.

Lovers Deep-də çoxsaylı sərnişini görmək mümkün deyil. O Karib dənizində romantik səyahət etməyi arzulayan iki cütlük üçün nəzərdə tutulub. Buna baxmayaraq, onlara xidmət edəcək xidmətçilərin, aşbazların, ofisiantların və s. gəmi işçilərinin sayı elə də az deyil.

Sözügedən bu istirahət təəssüf ki, yalnız milyarderlər üçün əlçatandır. Belə ki, Lovers Deep sualtı otelinin 1 günlük kirayəsi 87 500 funt sterlinq (143000 amerikan dolları) təşkil edir. Orta statistik maaşla heç də böyük ümid bəsləmir!

olivers-travels-submarine-hotel-1

olivers-travels-submarine-hotel-2

olivers-travels-submarine-hotel-6

Son xəbərlər
Oxşar xəbərlər