8 C
Baku
Monday, November 18, 2024

LPO “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə rekord məbləğdə kompensasiya ödənişi həyata keçirilmişdir

®Əmanətlərin Sığortalanmsı Fondu tərəfindən, ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə 27 noyabr 2023-cü il tarixdən etibarən başlanılmışdır. Kompensasiya ödənişləri agent banklar olaraq seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin bütün ölkə üzrə filial şəbəkələri vasitəsilə uğurla həyata keçirilməkdədir.

Qeyd edək ki, ötən gün ərzində bankın qorunan əmanətçilərindən 1849 nəfərə 65 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirilmişdir. Bu, bank üzrə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğinin təqribən 32%-ni təşkil edir. Kompensasiyaların verilməsi hazırda da uğurla davam etməkdədir.

Əmanətçilərə bir daha xatırlatmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur. “Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.5-ci maddəsinə əsasən kompensasiya ödənişi əmanətçilərin ərizələrinin qəbul edildiyi gündən ən geci 30 təqvim günü ərzində həyata keçirilir.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.

www.adif.gov.az

 

Son xəbərlər
Digər xəbərlər