Almaniyanın “Lufthansa” aviaşirkəti iyulun 27-də Frankfurt-Mayn və Münhen hava limanlarında işçilərinin tətili səbəbindən demək olar ki, bütün reyslərin ləğv olunduğunu elan edib.
Bu barədə aviaşirkət məlumat yayıb.
Ümumilikdə, Frankfurt-Maynda 678 reys ləğv ediləcək. Bu qərarın 92 min sərnişinə təsir edəcəyi gözlənilir.
Münhen hava limanında isə 345 reys ləğv olunacaq. Bu, 42 min sərnişinə təsir göstərəcək.