“Swiss International Air Lines”, “Austrian Airlines” və “Eurowings” aviaşirkətlərinin daxil olduğu Almaniyanın “Lufthansa Group” konserni avqustun 7-dək İran və İraq üzərindən uçuşları dayandırıb.
Bu barədə şirkətin məlumatında deyilir.
“Lufthansa” həmçinin qeyd olunan tarixədək İordaniyanın paytaxtı Əmman və İraqın Ərbil şəhərinə də uçuşları dayandırıb.
Bundan əlavə, konsern avqustun 12-dək Təl-Əviv, Tehran və Beyruta uçuşların dayandırıldığını, eləcə də İsrailə bütün reyslərin ləğv edildiyini açıqlayıb.