“Lufthansa” sərnişinləri cinsinə görə salamlamaqdan imtina edəcək

Almaniyanın “Lufthansa” aviaşirkəti sərnişinləri cinsinə görə salamlamaqdan imtina edəcək, yəni “xanımlar və cənablar” müraciətini neytral ifadələrlə əvəz edəcək.

Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkət nümayəndəsinə istinadən “Die Welt” nəşri məlumat verib.

Onun sözlərinə görə, sərnişinlərlə salamlaşarkən “hamını” nəzərə almaq vacibdir. “Günün vaxtından asılı olaraq, “əziz qonaqlar”, “sabahınız/axşamınız xeyir” və ya “borta xoş gəlmişsiniz” və s. seçimlər mövcuddur”, – deyə aviaşirkətin nümayəndəsi bildirib.

Xatırladaq ki, 2018-ci ilin avqustunda Almaniya hökuməti vətəndaşlıq qeydləri kitabına üçüncü cinsi daxil etmək qərarını verib. Dəyişikliklərə görə, qanunvericilikdə təsbit olunmuş iki cinsə “digər” cins də əlavə ediləcək. Bu, hər iki cinsin xüsusiyyətləri ilə doğulan insanlar üçün nəzərdə tutulub.

Bəzi ölkələrdə, məsələn, Avstraliya və Hindistanda üçüncü cins rəsmi statusa sahibdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.