14 C
Baku
Wednesday, April 17, 2024

Lufthansa tətil edən pilotlarla razılığa gəldi

Almaniya aviaşirkəti “Deutsche Lufthansa AG” və Verdi (həmkarlar ittifaqı) əmək haqqı ilə bağlı razılığa gəliblər. Beləliklə, bu həftəyə planlaşdırılan ikinci tətil ləğv edilib.

Banker.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, ötən həftə pilotlar yüzlərlə uçuşun ləğvinə və yay uçuşlarında xaosa səbəb olan tətil etmişdilər. Dünən isə Verdi hərtərəfli maliyyə və struktur paketinin əsaslarının razılaşdırıldığını və yaxın günlərdə dəqiqləşdiriləcəyini açıqladı.

Verdi təfərrüatları açıqlamaqdan imtina edib. Lakin bildirib ki, əldə olunan irəliləyiş bu həftəyə planlaşdırılan tətili ləğv etmək üçün kifayətdir.

Verdinin vəzifəli şəxsi Marsel Qroels deyib: “Biz çox şadıq ki, danışıqlar masasında bir nəticə əldə olunub və sərnişinlər, işçilər və şirkətlər üçün əlavə problemlərin qarşısı alınıb. Bu gün uzunmüddətli əməkdaşlıq üçün mühüm addımlar atılıb”. İttifaqın bəyanatına görə, sərnişin təyyarəsi pilotları çərşənbə və cümə axşamı, yükdaşıyan pilotlar isə çərşənbə günündən cümə gününə kimi tətil etməyi planlaşdırmışdılar.

 

 

Son xəbərlər
Digər xəbərlər