11 C
Baku
Tuesday, November 26, 2024

“Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb

Almaniyanın “Lufthansa Group” konserninə daxil olan aviaşirkətlər Təl-Əviv və İrana uçuşların dayandırılması müddətini sentyabrın 24-dək uzadıb.

Bu barədə TASS aviaşirkətə istinadən məlumat yayıb.

“Təhlükəsizliklə bağlı vəziyyətin dəyişməsi ilə əlaqədar “Lufthansa Group”un aviaşirkətləri Təl-Əviv və Tehrana bütün uçuşların sentyabrın 24-nə qədər dayandırılması ilə bağlı qərar qəbul edib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, “Lufthansa Group” vəziyyəti yaxından izləməyə davam edir və yaxın günlərdə daha ətraflı qiymətləndirmə aparacaq.

Məlumata görə, bu tədbirlərdən zərər çəkən sərnişinlər biletləri pulsuz olaraq yenidən bron edə və ya tam dəyərini geri ala bilərlər.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər