9 C
Baku
Friday, December 13, 2024

“Lufthnansa” bütün reysləri təxirə salıb

Almaniyanın “Lufthnansa” şirkəti 2 sentyabr tarixinə bütün reysləri təxirə salıb.

“Bild” nəşrinə istinadla xəbərə görə, buna səbəb pilotların tətil etməsidir. Frankfurt və Münxen aeroportlarında 800-dən çox uçuş ləğv edilib. Bu da 130 mindən çox sərnişinə təsir edəcək.

Həmkarlar təşkilatının maaşları 5% artırmaqla bağlı təklifi rədd edildiyi üçün pilotlar 24 saat tətil etməyə qərar verib. Hazırda Avropanın ilk aviaşirkəti olan “Lufthansa”da 5 500 pilot çalışır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər