11 C
Baku
Monday, November 25, 2024

Lukaşenko Əliyevlə neft tankerləri ilə bağlı söhbətindən danışdı

Belarusun xarici siyasətinin çoxvektorlu olması Rusiya ilə xüsusilə müdafiə və təhlükəsizlik sahələrində strateji əməkdaşlığın inkişafına və möhkəmlənməsinə mane olmur”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyovun “Solovyov Live” yutub kanalı üçün verdiyi müsahibəsində deyib.

Jurnalist dövlət başçısına Rusiya ilə münasibətlər və bu ölkə rəhbərliyinin, iri şirkətlərin ayrı-ayrı nümayəndələrinin davranışı ilə bağlı sual ünvanlayıb. Belarus lideri bu yaxınlarda baş vermiş belə epizodlardan birini xatırladıb: “Biz sizdən nefti dünya bazarı qiymətinə alırıq. Amma bizə deyirlər ki, gərək 14 və ya nə qədərsə dollar yuxarı ödəyəsiniz ki, sizə neft verə bilək. Mən danışıqlarda dedim: “Bu, düzgün deyil”. Və Putin Rusiya hökumətinin üzvlərinə deyir: “Nədir, siz ağlınızı itirmisiniz?” O ki haqlıdır”.

“Bəziləri 20 qəpik daha çox qazanmağa çalışırlar, amma siz onların öhdəsindən gələrsiniz”, – deyə jurnalist cavab verib.

Lukaşenko bildirib: “Mənə Rusiyadan neft verməyi dayandıranda nə etməliydim? Mən dedim: “İlham (Əliyev, Azərbaycan Prezidenti), zəhmət olmasa, mənə iki tanker neft ver, “düşmən ölkə” Ukrayna üzərindən. Və biz Odessada boşaltdıq və daşıdıq”.

“Bax budur, boş yerə”, – Vladimir Solovyev deyib.

Lukaşenko cavab verib: “Boş yerə deyil. Bizim iqtisadiyyatımız dayana bilərdi. Nə deməkdir boş yerə? Siz boş yerə belə hərəkət etmişdiniz”.

“Bununla razıyam. Siz həmişə dəstəyi götürə, Putinə zəng edə bilərsiniz və bu məsələ həll olunacaq”, – deyə aparıcı qeyd edib.

“Götürdüm və zəng etdim. Ona deyirəm: “Əgər siz bununla məni “iynələməy”in mümkün olduğunu düşünürsünüzsə, yanılırsınız. Təhlükəsizlik və müdafiə müqəddəsdir”, – deyə Lukaşenko əlavə edib.

 

 

Son xəbərlər
Digər xəbərlər