15 C
Baku
Tuesday, April 16, 2024

Lukaşenko 7-ci dəfə prezident olmaq istəyir

Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Dövlət başçısından Belarus Prezidentinin mətbuat xidmətinə yaxın “Pul Pervoqo” teleqram kanalı sitat gətirir.

“Onlara deyin ki, qatılacağam”, – Lukaşenko növbəti ildə keçiriləcəyi gözlənilən prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

O iddia edib ki, “dünyanın heç bir yerində Belarusdakı kimi açıq, ədalətli seçkilər yoxdur”: “Bizim üçün bayramdır! Biz səmimi və dürüst siyasət yürüdürük! Bizə sakit həyat lazımdır və bunun naminə hər şeyi edəcəyik!”.

Qeyd edək ki, Belarusda sonuncu prezidenti seçkiləri 2020-ci ildə keçirilib. Aleksandr Lukaşenko altı müddətdir ki, Şərqi Avropa ölkəsinin dövlət başçısıdır.

Son xəbərlər
Digər xəbərlər