Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Dövlət başçısından Belarus Prezidentinin mətbuat xidmətinə yaxın “Pul Pervoqo” teleqram kanalı sitat gətirir.
“Onlara deyin ki, qatılacağam”, – Lukaşenko növbəti ildə keçiriləcəyi gözlənilən prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verib.
O iddia edib ki, “dünyanın heç bir yerində Belarusdakı kimi açıq, ədalətli seçkilər yoxdur”: “Bizim üçün bayramdır! Biz səmimi və dürüst siyasət yürüdürük! Bizə sakit həyat lazımdır və bunun naminə hər şeyi edəcəyik!”.
Qeyd edək ki, Belarusda sonuncu prezidenti seçkiləri 2020-ci ildə keçirilib. Aleksandr Lukaşenko altı müddətdir ki, Şərqi Avropa ölkəsinin dövlət başçısıdır.