Lukaşenko: Belarus Rusiya ilə “neft mübahisələri” səbəbindən 700 mln. dollar az pul aldı

Belarusun büdcəsi Rusiya ilə neft mübahisələri səbəbindən 1,5 milyard Belarus rublu (700 milyon dollar) itirib.

Banker.az xəbər verir ki, bu barədə ölkənin prezidenti Aleksandr Lukaşenko bildirib.

Qeyd edək ki, Belarus gömrük rüsumları ödəmədən Rusiyadan neft alır, lakin vergi manevri sayəsində neftin maya dəyərində rüsumların payı azalır ki, bu da Belarusun emal zavodları üçün tədarükü daha baha edir.

Minskin vergi manevrinə görə Moskvadan tələb etdiyi kompensasiya ilə bağlı mübahisələr, bu ilin əvvəlində Belorusun neft emalı zavodlarına Rusiya neftinin tədarükünün dayandırılmasına səbəb olub.

Belarusun baş naziri 2021-ci ildə Rusiya Federasiyasında dövlət büdcəsinin vergi manevrindən itkisini 350 milyon Belarus rublu (təxminən 145 milyon dollar) səviyyəsində qiymətləndirmişdir.