23 C
Baku
Sunday, September 29, 2024

Lukaşenko: “NATO qısa vaxtda qoşununu Belarusla sərhəddə yerləşdirə bilər”

NATO öz qoşunlarını 2-3 saat ərzində Belarusla sərhədə yerləşdirə bilər.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko təhlükəsizlik məsələləri ilə bağlı keçirilmiş iclas zamanı deyib.

Lukaşenko deyib ki, bir müddət öncə Polşa Silahlı Qüvvələri iki ölkə sərhədinə qoşun yeridib: “Bu yaxınlarda Polşa ordusu bizim dövlət sərhədimizə yaxınlaşmışdı. Sonradan onlar bir neçə yüz kilometr arxaya çəkildi və o vaxtdan indiyə kimi müasir NATO silahları ilə silahlanmaqla məşğuldurlar”.

O həmçinin qeyd edib ki, ehtiyac olduğu təqdirdə bu qoşunlar bir gecə yarısı, 2-3 saat ərzində Belarus sərhədinə çata bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər