22 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Lukaşenko: “Putin məndən buna görə üzr istədi”

Screen Shot 2021 09 02 at 14.34.20

Belarus Prezident Aleksandr Lukaşenko ölkəsindəki vəziyyəti müzakirə etmək üçün Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Baydeni Minskə dəvət edib.

Lukaşenko bu barədə millət vəkilləri, Konstitusiya Komissiyası üzvləri və hökumət orqanlarının nümayəndələri ilə görüşündə bildirib.

“Mən açıq şəkildə dəvət etmək istəyirəm: əgər Belarus problemlərini müzakirə etmək istəsələr, bizə gəlsinlər. Hər ikisini layiqincə qarşılayacam, bütün problemləri müzakirə edəcəyik. Hətta Psakinin mənə danışması üçün Baydenə yazacağı bütün pis şeyləri belə dinləyəcəm. Səmimi bir söhbət olacaq. Ancaq İsveçrədə oturub Putinə Belarus problemlərini öyrətmək gülüncdür”,- deyə Lukaşenko qeyd edib.

O, Putin və Baydenin telefon danışığı zamanı Belarusu artıq müzakirə etdiklərini də əlavə edib.

“Bu baxımdan Putin çox layiqli davrandı. Sonra məni çağırdı və Belarusu icazəsiz müzakirə etdiyinə görə üzr istədi. Mən ona dedim: “Onunla danışdığın üçün sənə təşəkkür edirəm”. Buna görə qoy Belarus barədə danışsınlar, heç olmasa harada yerləşdiyini bilsinlər”,- deyə A. Lukaşenko vurğulayıb.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Bakupost
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər