Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
Bu barədə oktyabrın 31-də BelTA agentliyi yazıb.
“Bu, mütləqdir. Biz yaxın vaxtlarda Vladimir Vladimiroviç Putinlə bir daha görüşəcəyik və nəhayət, bu ilin nəticələrinə yekun vuracağıq. Və ən azı, gələn il üçün vəzifələrimizi planlaşdıracağıq”, – deyə siyasətçi bildirib.
Lukaşenko onu da əlavə edib ki, Rusiya iki dövlətin inteqrasiya proseslərinə 1,5 milyard dollar ayırmaq niyyətindədir.