Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini anons edib.
Bu barədə Lukaşenko Baş nazir Roman Qolovçenkonu qəbul edərkən deyib.
“Bu dəqiq xəbərdir və biz bu yaxınlarda Prezident Putinlə yenidən görüş keçirib bu ilin yekunlarını müzakirə edəcəyik. Prezident səviyyəsində görməli olduğumuz işləri də müzakirə edəcəyik”, – Lukaşenko əlavə edib.
O həmçinin qeyd edib ki, Rusiya ilə birgə layihələrə 1.5 mlrd. dollar vəsait ayrılıb və bu layihələr hər iki tərəfə xeyirlidir.