Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna taxılının ixracı ilə bağlı Moskva və Minskə qarşı qınaqları əsassız hesab edir, Rusiya artıq onun ixracı üçün yeddi istiqamət təklif edib.
Bu barədə Lukaşenko yerli səviyyədə əhali ilə iş üzrə məsələlərlə bağlı müşavirədə bildirib.
“Niyə biz (Rusiya və Belarus-red.) buna qulaq asıb haqq qazandırırıq, gəlin onlar üçün marşrutların adını çəkək. Putin bu yaxınlarda müsahibəsində Belarus istiqaməti və s. haqqında danışıb. Biz qəti razılaşdıq. Bircə ona dedim: “Qulaq as, Mariupol azad edildi, Berdyansk azad edildi, Azovda yaxşı limanlar var”. Dedim təklif elə. Rusiyalılar təklif etdilər. Artıq taxıl ixracının yeddi istiqaməti var, daşıyın. Bir aydan çox vaxt keçdi – heç kim heç nə daşımır”, – BelTA xəbər agentliyi Lukaşenkodan sitat gətirib.