11 C
Baku
Monday, November 25, 2024

Lukaşenko Ukraynanın Belarusa hücum etməməklə bağlı pakt təklif etdiyini deyib

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın Belarusa hücum etməmək barədə pakt təklif etdiyini deyib.

O, Ukraynanın qeyri-səmimi olmaqda ittiham edib.

“Bir tərəfdən Ukrayna ilə heç bir halda müharibə etməməyimizi istəyirlər. Hücum etməmək barədə pakt təklif edirlər. Digər tərəfdən isə, bu təhlükəli ekstremistləri hazırlayır və silahlandırırlar. Polşa, Litva ümumiyyətlə hədlərini aşıblar. Bu onların nəyinə lazımdı? Anlaşılmazdı”, Lukaşenko deyib.

 

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər