“LUKoil Europe Holdings B.V.” və Avstriyanın “AMIC Energy Management GmbH.” şirkəti arasında “LUKoil” şirkətinin Litva, Latviya və Polşadakı 230 yanacaqdoldurma stansiyasının satılması barədə müqavilə imzalanıb.
Bu barədə “LUKoil” şirkəti məlumat yayıb. Alqı-satqı əməliyyatının bu ilin II rübündə yanacaqdoldurma stansiyaları yerləşən ölkələrin müvafiq antiinhisar qurumlarının razılığı alınandan sonra başa çatması gözlənilir.
Qeyd edək ki, bu ölkələrdəki yancaqdoldurma şəbəkələrinin satılması qərarı “LUKoil” şirkətinin Avropadakı aktivlərinin optimallaşdırılması çərçivəsində qəbul edilib. Report
Banker.az-ı twitterdən izləyin