“Lukoil-Azərbaycan” QSC “DFE Services” MMC-ni məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, “Lukoil-Azərbaycan” QSC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – icarə müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.