25 C
Baku
Saturday, July 27, 2024

“Lukoil” “Dostluq” yatağının operatoru olmaq istəyir

“Lukoil” şirkəti Xəzər dənizindəki “Dostluq” yatağının operatoru olmaq istəyir.

Bu sözləri “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə açıqlamasında söyləyib.

“Dostluq”la bağlı məsləhətləşmələr aparılır, hökumətlərarası razılaşma hazırlanır. Biz operator olmaq istəyirik, nə qədər paya sahib olacağımızı isə hələ bilmirik”, – deyə Vahid Ələkbərov bildirib.

Mütəxəssislərin fikrincə, “Dostluq”un 50 milyon ton neft ehtiyatları var.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan Xəzərdə yerləşən “Dostluq” yatağının birlikdə işlədilməsi haqqında razılığa gəliblər.

Mənbəİnterfax
Son xəbərlər
Digər xəbərlər