7 C
Baku
Sunday, December 15, 2024

“Lukoil” “Meretoyakhaneftegaz”ın 50%-ni alıb

“Lukoil” Yamalo-Nenetsk Muxtar Dairəsində “Meretoyakhaneftegaz” layihəsi əsasında yaradılmış “Qazpromneft” ilə birgə müəssisədə 50% pay alıb.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

“Lukoil” hələ 2021-ci ilin iyununda “Meretoyakhaneftegaz”a maraq göstərib, eyni zamanda neft-qaz şirkəti “Qazpromneft”lə biznesdə birgə iştirak məsələsini də müzakirə edib. Ötən il şirkətlər nizamnamə kapitalında 50% payın satışı üzrə müqavilə bağlayıb. Vurğulanır ki, “Lukoil” “Qazpromneft”ə 52 milyard rubl ödəyəcək.

“Meretoyakhaneftegaz” müəssisəsi Yamalo-Nenetsk Muxtar Dairəsində Meretoyaxinskoye, Tazovskoye, Severo-Samburskoye yaraqlarında lisenziyalara malikdir, onların ümumi ehtiyatları 1.1 milyard ton neft olaraq qiymətləndirilir.

“Meretoyakhaneftegaz”ın aktivləri orada yerləşən Açimov yataqlarının işlənməsi baxımından perspektivlidir – Yamalo-Nenetsk Muxtar Dairəsindəki yataqlar hasilat həcmini saxlamaq üçün əsas mənbə olsa da, onların işlənməsi çətindir.

Son xəbərlər
Digər xəbərlər