Rusiyanın “Lukoil” şirkəti neftin bir barelinin qiymətinin tezliklə 100 ABŞ dollarına çatacağını gözləmir.
TASS-ın verdiyi məlumata görə, bunu ADIPEC-2021 beynəlxalq neft-qaz sərgisində keçirilən sessiyada şirkətin prezidenti və həmtəsisçisi Vahid Ələkbərov deyib.
“Düşünmürəm ki, biz neftin qiymətini tezliklə 100 dollar səviyyəsində görəcəyik”, – o bildirib.
Xatırladaq ki, hazırda birjada “Brent” neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 81 dollar, bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 80 dollar ətrafındadır.