9 C
Baku
Sunday, November 17, 2024

“LUKOIL” Rusiyadakı “Shell” yanacaqdoldurma məntəqələrini alıb

“LUKOIL” Rusiyada “Shell” yanacaqdoldurma məntəqələri şəbəkəsini və Tver vilayətində sürtkü yağları zavodunu almaq üçün müqavilə imzalayıb. Banker.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib. Yekun sənədlərin Moskvada imzalandığı qeyd edilir.

“Shell”in aşağı axını seqmentinin direktoru Haybert Vigevenonun sözlərinə görə, işçilərin rifahı şirkət üçün son dərəcə vacibdir. Müqavilənin şərtlərinə uyğun olaraq, “Shell Oil”in 350-dən çox əməkdaşı hazırda “LUKOIL”a məxsus şirkətdə işləməyə davam edəcək.

“LUKOIL” neft şirkətinin “Shell Oil”i alacağı mayın 12-də məlum olub. Artıq mayın 16-da neft “Shell” Rusiyadakı yanacaqdoldurma məntəqələrində yanacaq satışını dayandırdı.

Son xəbərlər
Digər xəbərlər