3 C
Baku
Tuesday, March 5, 2024

“Lukoil” “Şahdəniz”də payını artırır

Rusiyanın “Lukoil” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında payını artırır.

“Lukoil” “Petronas” şirkətindən “Şahdəniz”də 15,5% payının alınması haqqında müqavilənin imzalanması barədə elan edib.

Məlumata görə, sövdələşmənin dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edəcək.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər