“Lukoil” şirkətinin 2015-ci ildə xalis mənfəəti 292,75 mlrd. rubl təşkil edib.
Agentlik xəbər verir ki, bu barədə şirkətin açıqladığı hesabatda deyilir.
Məlumata görə, ötən il ərzində şirkətin mənfəəti 26% azalıb. Qeyd edək ki, 2014-cü ildə şirkətin mənfəəti 394,08 mlrd. rubl olub.
Əlavə edək ki, ötən il şirkətin hasilatı 3,6% artaraq 100,7 mln. tona çatıb. Hesabatda qeyd edilir ki, hasilatın artımı əsasən İraqdakı “Qərbi Kurna” yatağı ilə bağlıdır.
APA-Economics