20 C
Baku
Bazar, Oktyabr 17, 2021

“Lukoil” Xəzərdə fəaliyyətini genişləndirə bilər

Screen Shot 2021 09 02 at 14.34.20

Rusiyanın “Lukoil” neft şirkətinin rəhbəri Vahid Ələkbərov Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Rusiya mətbuatının verdiyi məlumata görə, müraciətdə V. Ələkbərov Xəzərin Rusiya sektorunda yerləşən 3 sahədə (“Tüleniy-1”, “Tüleniy-2” və “Tüleniy-3”) geoloji kəşfiyyatın aparılması üçün icazə istəyib.

Məlumata əsasən, dənizdəki sahələri əldə etmək üçün V. Ələkbərov 2016-cı ildə Təbiət Nazirliyi tərəfindən irəli sürdüyü prinsipdən istifadə etməyi təklif edib. Prinsipə əsasən, qurum hərrac keçirmədən tələb edilən ərazi üzrə geoloji kəşfiyyat keçirmək üçün lisenziya verə bilər. Eyni zamanda, digər şirkətlər bu sahə üzrə iddia ilə çıxış etməməlidirlər.

“Lukoil” V. Ələkbərov məktubda (müraciətdə) yaxın 3 ildə şirkətin dörd kəşfiyyat quyusu qazmağı və 3 min kvadratmetr km. ərazidə 3D (üç ölçülü) seysmik tədqiqat aparmağı planlaşdırdığını da bildirib. Hazırda şirkət Xəzərin Rusiya sektorundakı yalnız iki yatağında işləyir – “Filanovski” və “Korçagin”.

©APA

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər