1 C
Baku
Saturday, December 14, 2024

“Lukoil” Xəzərdə yeni yatağın ehtiyat həcmini açıqlayıb

Rusiyanın “Lukoil” şirkəti Xəzər dənizinin şelfində bu yaxınlarda aşkar edilmiş “Titonskaya” strukturunda sənaye qaz və kondensat axınlarını əldə edib.

Bu barədə“Lukoil” xəbər verir.

“Sınaqlar nəticəsində sənaye xarakterli qaz və kondensat axını əldə edilib. İki quyunun qazılmasının nəticələrinin ilkin qiymətləndirilməsinə əsasən, yeni kəşf edilmiş yataqda çıxarıla bilən karbohidrogen ehtiyatlarının həcmi 140-150 mln. tona (şərti yanacaq ekvivalentində – red) qədər ola bilər. ”, – şirkət bildirir.

Qeyd olunur ki, qiymətləndirmənin nəticələri Rusiya Federasiyasının dövlət ehtiyatlar komissiyasına təqdim ediləcək.

“Lukoil” “Titonskaya”da yeni ehtiyatların aşkar edildiyini 2021-ci ilin aprelində elan edib.

“Lukoil” 1995-ci ildən Şimali Xəzərdə kəşfiyyat işlərini, 1999-cu ildən isə dərin qazma işlərinı aparır. Şirkətin lisenziya sahələrində 26 qiymətləndirmə quyusu qazılıb. Ümumilikdə, Xəzər dənizində “Lukoyl” 10 yataq kəşf edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər