8 C
Baku
Sunday, November 17, 2024

“Lukoil”un Direktorlar Şurasının üç əcnəbi üzvü şirkəti tərk edib

Rusiyanın “Lukoil” şirkətinin Direktorlar Şurasının üç əcnəbi üzvü şirkəti tərk edib.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Məlumata görə, Avstriyanın keçmiş kansleri Volfqanq Şussel, “TTG Global” MMC-nin Prezidenti Tobi Qati, Rusiya-Britaniya Ticarət Palatasının Direktorlar Şurasının sədri Rocer Munninqs “Lukoil” şirkətinin Direktorlar Şurasını tərk edib.

Hazırda şirkətin direktorlar şurasında 11 deyil, cəmi 8 nəfərin adı var.

Son xəbərlər
Digər xəbərlər