9 C
Baku
Friday, December 13, 2024

“Lukoil”un ticarət operatoru Rusiyadakı fəaliyyətini məhdudlaşdırır

Rusiyanın “Lukoil” şirkətinin neft treyderi olan İsveçrənin “Litasco” şirkəti sanksiyalardan sonra fəaliyyətini məhdudlaşdırır.

Bu barədə “Reuters” agentliyi məlumat verib.

Agentlik mənbələrə istinadən bildirir ki, Qərbin anti-Rusiya sanksiyalarının ardından “Lukoil” marjinal tələbləri təmin etmək məqsədilə kapital axınını azaltdıqdan sonra şirkətin İsveçrə ticarət qolu əməliyyatlarını məhdudlaşdırıb.

Treyderlərin sözlərinə görə, gündəlik 3,6 milyon bareldən çox neft emal edən “Litasco” indi əsas diqqətini “Lukoil”un Avropadakı neft emalı zavodlarına neft göndərməyə və neft məhsulları satmağa yönəldib.

“Litasco” nümayəndəsi açıqlamasında bildirib ki, kifayət qədər likvidlik hovuzu daxilində fəaliyyət göstərilməsini təmin etmək üçün korporativ fəaliyyətdə təbii müvəqqəti azalma baş verib.

Mənbələr bildirirlər ki, şirkət qaz və elektrik enerjisi, ticarət həcmləri, həmçinin karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldıb.

Qeyd edək ki, “Litasco”nun ABŞ, Hollandiya, Qazaxıstan və digər ölkələrdə törəmə şirkətləri və filialları var.

Son xəbərlər
Digər xəbərlər