«LUKOYL-Azərbaycan» QSC tərəfdaşlarının məlumat bazasını yeniləyir

“LUKOYL-Azərbaycan” QSC aşağıdakı  xidmətləri göstərən şirkət və firmaların məlumat bazasını yeniləyir: 

  • Neft məhsullarının keyfiyyətinin yoxlanılması;
  • Avtonəqliyyat vasitələrinin texniki servis xidməti;
  • Minik avtomobillərinin kirayəsi;
  • Qüsur aşkarlama xidməti;
  • Ölçmə cihazlarının yoxlanılması xidmətləri;
  • Obyektlərdə məsul texniki məzmunlu xidmət;
  • Tahlükəsizlik xidmətləri;
  • Təmizlənmə xidməti;
  • Neft məhsullarının daşınması üçün  nəqliyyat  xidmətləri;
  • Üfüqi və şaquli yanacaq anbarları ücün kalibrləmə  xidməti;
  • Yanacaq ambarlarının  təmizlənməsi xidmətləri;
  • Neftbazada inventarlaşdırma  əməliyyatlar sistemi avadanlıqlarının və ölçmə cihazlarının texniki baxışı və dövri yoxlama xidməti;
  • İlkin yanğınsöndürmə avadanlıqlarının təmiri, istismarı və satışı, yanğın siqnalizasiyasının quraşdırılması, təmiri və texniki xidməti;
  • Ətraf mühitə dair normativ sənədlərin hazırlanması xidmətləri;
  • Azərbaycan və ölkə xaricinə poçt çatdırılması üçün kuryer xidmətləri;
  • Aviabiletlərin satışı;
  • Tikinti-quraşdirma işləri,  metal konstruksiyaların istehsalı və qurşdırılması, texnoloji boru kəmərləri və avadanlıqların quraşdırılması, dəmir-beton konstruksiyaların quraşdırılması, tamamlama işləri;
  • Yol salma, asfalt örtüyünün çəkilməsi, asfalt-beton istehsalı;
  • Kompüterlərin, modemlərin, telefonların, videokameraların , kartriclər üçün mürəkkəblərin satışı;
  • Məişət texnikası və quraşdırılması xidmətləri;
  • Dəmir məhsulların (şkafların) istehsalı və quraşdırılması xidmətləri;
  • Dəftərxana ləvazimatı satısı;
  • Kassa çekləri lentlərinin satışı;
  • Yuyucu və təmizləyici məhsullsrın satışı;
  • Mebellərin istehsalı və satışı;
  • Şüşə qablaşdırılmalı suların satışı;
  • Lak və boya məhsullarının satışı;
  • Təhlukəsizlik möhürlərinin satışı;
  • Xüsusi iş geyimləri, iş ayaqqabılarının satışı və bayarqlarin tikilməsi xidməti;
  • Reklam və çap xidmətləri.

Yuxarıda qeyd olunan sahələr üzrə “LUKOYL-Azərbaycan” QSC-nin gələcəkdə keçiriləcək tenderlərində iştirak etməkdə maraqlı olan şirkətlərin [email protected] elektron poçt  ünvanına müraciət etməkləri xahiş olunur.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 012 497 41 10


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.