“Roysi Bom” MMC “Lukoyl-Azərbaycan” QSC-ni məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, “Roysi Bom” MMC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, “Lukoil” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron Yarımadasının Dayazsulu Hissəsi geoloji-kəşfiyyat layihə”sindən pay almaq niyyətindədir. Bu məqsədlə Böyük Britaniyanın bp şirkətinin 50%-lik payının 25%-lik hissəsinin əldə edilməsi artıq razılaşdırılıb.