7 C
Baku
Sunday, December 15, 2024

“Lukoyl” Azərbaycanda Xəzər şelfində yeni neft-qaz layihələrində iştirakda maraqlıdır

Rusiyanın “Lukoyl” şirkəti Azərbaycanda Xəzər şelfində yeni neft-qaz layihələrində iştirakda maraqlıdır.

Bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə bildirib.

“Lukoyl” artıq orada iştirak edir və şirkət digər yataqlarda da çox fəal iştirak etmək istəyir”, – o, şirkətin Xəzərdə yeni bloklar üzrə danışıqları ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, şirkət Xəzərdə külək elektrik stansiyasının tikintisi imkanları ilə də bağlı müzakirələri davam etdirir: “Lukoyl” hər yerdədir – onlar bütün layihələrdə, hətta bərpa olunan enerjidə də maraqlıdırlar. Biz dialoqu davam etdiririk”, – nazir müavini layihənin texniki-iqtisadi əsaslandırılmasının başa çatdırılması ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Lukoil” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan”, “Quba-Xəzəryanı” və “Qoşadaş” perspektivli dəniz strukturlarında kəşfiyyat işlərində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.

Son xəbərlər
Digər xəbərlər