14 C
Baku
Sunday, November 23, 2025

“Lukoyl” şirkətinin prezidenti 2020-ci ilin ən çox sərvət itirən şəxsi oldu

Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 2020-ci ili uğursuz başa vurub.

O, Rusiyada son 1 ildə ən çox sərvət itirən şəxs kimi reytinqin başında gəlir.

Belə ki, yola saldığımız ildə “Lukoyl” sahibinin sərvəti 4,082 milyard dollar azalıb. Hazırda onun 19,179 milyard dollar sərvəti qalıb. Onun maliyyə itkiləri səhmlərinin 28%-nə sahib olduğu “Lukoyl” şirkətinin 1 shəminin ilin əvvəlində 6179 rubl dəyərindən ilin sonunda 5100 rubla düşməsi səbəb gətirilir.

OPEK+ razılaşmasının pozulması, qeyri-stabil birjalar, koronavirus və s. “Lukoyl” şirkətinə ciddi maliyyə zərbəsi vurub.

MənbəModern
Son xəbərlər
Digər xəbərlər