25 C
Baku
Thursday, July 10, 2025

Lüks əşyalar bazarı pandemiyadan sonra yenidən artır

Lüks əşyalar bazarı iqtisadiyyatın canlanması fonunda yenidən artmağa başlayıb. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Analitiklərin qiymətləndirmələrinə görə, bu il lüks əşyalar bazarı pandemiyadan əvvəlki səviyyəyə qayıda bilər. Buna baxmayaraq, pandemiyanın davam etməsi hələ də istehsalçılar üçün müəyyən risklər yaradır.

Bu barədə Amerikanın “Brain” konsaltinq şirkəti və İtaliyanın “Altagamma” lüks əşyalar istehsalçıları birliyinin analitikləri məlumat verib. Onların yayımladığı hesabatda 2021-ci ilin birinci rübündə lüks əşyalar bazarının 2019-cu ilin eyni dövrünə nisbətən 1% artdığı və ya ən azı eyni səviyyəyə qayıtdığı qeyd olunur.

Ekspertlər bu nəticəyə gəliblər: koronavirus böhranına baxmayaraq, istehlakçılar hələ də lüks mallar almaq istəyirlər. Yeni şərtlərə uyğunlaşan markalarla birlikdə, bu, bazarın yenidən böyüməyə başlaması üçün fundament yaradır. Nikbin, lakin daha az ehtimal olunan (30%) ssenariyə görə, lüks əşyalar bazarının bərpası prosesi 2021-ci il ərzində davam edəcək və bunun nəticəsində illik 280-295 milyard avroya çatacaq.

Daha çox ehtimal olunan ssenariyə (70%) görə, ilin nəticələrinə ölkələr daxilində lüks mallara tələbin azalması və bölgələrarası turizmin məhdud olması təsir edəcək. 2020-ci ildə bu iki amil lüks bazarın həcmini 281 milyard avrodan 2017 milyard avroya endirib.

Tədqiqatçılar lüks bazarında üç tendensiyanı qeyd edirlər:

– ABŞ bazarının bərpası prosesinin gözləniləndən daha sürətli olması;

– lüks mallar alarkən insanlarla təmasın qorunması;

– lüks əşyaların təkrar satışının artması (2020-ci ildə 8% artıb və 28 milyard dollara çatıb).

Davam edən tendensiyalar arasında aşağıdakılar var:

– Çində lüks mallara yüksək tələb;

– dünyada lüks əşyalar bazarının bərpası;

– qiymət aralığının genişləndirilməsi.

Müəlliflər fərqli regionlarda tələbin fərqli nisbətdə bərpa olduğunu vurğulayırlar. Birinci rübdə Çin və ABŞ-da satışlar fəal şəkildə artmağa davam edib, Avropa və Yaponiya bu baxımdan xeyli geriləyib.

Son xəbərlər
Digər xəbərlər