9 C
Baku
Wednesday, December 18, 2024

Lüks brendlər ödənişləri kriptovalyuta ilə qəbul etməyi düşünürlər

“Bitcoin”in sürətlə artan dəyəri lüks geyim markaları və pərakəndə satış şirkətlərinin diqqətini cəlb edib. Bu, ödəniş vasitəsi kimi kriptovalyutalara əlavə maraq yaradıb.

Son vaxtlara qədər yalnız bir neçə lüks marka kriptovalyuta ilə ödənişləri qəbul etməyi sınaqdan keçirmişdi. Bunlara “Tag Heuer”in sahibi olan “LVMH”, həmçinin “Kering”ə məxsus “Gucci” və “Balenciaga” brendləri aiddir.

Son bir ayda “Bitcoin”in qiyməti 50%-dən çox artaraq 100 min dolları keçib. Senatorlar ABŞ prezidentini kriptovalyuta ehtiyatını reallığa çevirməyə inandırmağa ümid edirlər. Artan dəyər və dövlətin dəstəyi onu banklar və digər maliyyə institutları üçün son dərəcə cəlbedici edə bilər.

Qeyd edək ki, “Bitcoin”in dəyəri ABŞ hökumətinin bu valyutanın tənzimlənməsinin sadələşdirilməsi ilə bağlı tədbirləri təşviq etmək vədləri sayəsində artır.

Son xəbərlər
Digər xəbərlər