13 C
Baku
Tuesday, May 21, 2024

Lüksemburq bank sirrindən imtina edəcək

Lüksemburq 2017-ci ildən etibarən vergidən yayınmaq halları ilə mübarizə məqsədilə bank məlumatlarından avtomatik şəkildə mübadilə sisteminə qoşulmağa razılıq verib.

Almaniya, Fransa və ABŞ kimi ölkələr artıq üç il idi ki, Lüksemburqu bu addım atmağa razı salmağa çalışırdılar.

Lüksemburq maliyyə naziri bildirmişdir: “Biz hamımız vahid qlobal standarta yönəlmişik”.

Bununla yanaşı, Avstriyanın maliyyə naziri Hans Şellinq bildirmişdir ki, onun ölkəsi 2017-ci ildən etibarən bu addımı atmağa hələ ki, hazır deyil. Lakin bunun 2018-ci ildə baş tuta biləcəyini də istisna etməmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər