13 C
Baku
Tuesday, October 22, 2024

Lüksemburq Böyük Britaniya ilə uçuşları dayandırıb

Lüksemburq və Niderland koronavirusun mutasiyaya uğramış yeni növünün ölkədə yayılmasının qarşısını almaq məqsədilə Böyük Britaniya ilə uçuşları müvəqqəti dayandırıb.

Bu haqda Lüksemburq Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilir ki, uçuşların müvəqqəti dayandırılması qərarı hökumət tərəfindən qəbul edilib və bu qabaqlayıcı tədbir yeni elmi nəticələr əldə olanadək davam edəcək.

Londonda yayılan koronavirusun mutasiyaya uğramış yeni növünün əvvəlkindən 70 faiz daha çox yoluxucu olduğu qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər