11 C
Baku
Friday, October 25, 2024

Lüksemburq rusların 2.5 mlrd. avroluq aktivlərini dondurub

Lüksemburqun Maliyyə Nazirliyinin məlumatına görə, ölkə sanksiyalar çərçivəsində Rusiyanın 2.5 milyard avroluq aktivlərini dondurub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Maliyyə Nazirliyinin rəhbəri Yuriko Bakes Avropa İttifaqının Lüksemburqda Rusiyaya qarşı sanksiyalarının tətbiqi barədə parlamentə məlumat verib. Bu günə qədər Lüksemburqdakı operatorlar 2.5 milyard avroluq aktivləri dondurublar”.

Rusiya aktivlərinin dondurulması təklifi Avropa İttifaqı və ABŞ tərəfindən də irəli sürülüb. “Kommersant”ın hesablamalarına görə, martın əvvəlində Rusiya Federasiyasının beynəlxalq ehtiyatlarındakı 643 milyard dollardan cəmi 150-200 milyard dollar qalıb – Çin yuanı və monetar qızıldakı aktivlər.

Son xəbərlər
Digər xəbərlər