Azərbaycan Mərkəzi Bankı (AMB) Lüksemburqun “Howden Specialty Luxembourg, S.ά.r.l” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Volante (DIFC)” şirkətlərini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
“Howden Specialty Luxembourg, S.ά.r.l” 2019-cu ildən, “Volante (DIFC)” isə 2021-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.