16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Luqanskda azərbaycanlı iş adamı qaçırılıb

Screen Shot 2021 09 02 at 14.34.20

Luqansk vilayətində 1982-ci il təvəllüdlü, əslən Azərbaycanın Ağdam rayonundan olan, Ukrayna vətəndaşı, iş adamı Əbilov Tofiq Ağamirzə oğlu naməlum şəxslər tərəfindən qaçırılıb.

Alçevsk şəhəri ətrafında yaşadığı yerə yaxın ərazidən qaçırılan azərbaycanlı iş adamı buna qədər də bir neçə dəfə təhdid olunduğu bildirilir.

Bildirilir ki, o, iyulun 3-ü axşam saatlarında maşının qarşısını kəsən naməlum şəxslər tərəfindən naməlum istiqamətə aparılıb. Artıq 1 həftəyə yaxındır azərbaycanlı iş adamından heç bir xəbər yoxdur.

Qeyd edək ki, iş adamının oğurlandığı ərazi separatçıların nəzarətindədir.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər