13 C
Baku
Thursday, November 7, 2024

Lütfi Zadəyə ağır itki üz verib

Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadənin həyat yoldaşı Fey Zadə yanvarın 17-də vəfat edib.

Bu barədə Oxu.Az-a AzTU-nun texnika elmləri doktoru, Lütfi Zadənin elmi irsinə həsr olunmuş “Soft Computing” üzrə Ümümdünya Konfransının Baş katibi, Lütfi Ə.Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti Şahnaz N.Şahbazova məlumat verib.
Ş.Şahbazova Fey Zadə ilə bağlı maraqlı xatirələrini bölüşüb:
“O, çox açıqürəkli, səxavətli, ağıllı və gözəl insan idi. Mənim onunla bağlı çox xatirələrim var.
15 dekabr 2016-ci ildən başlayan və 15 fevral 2017-ci ilə qədər davam edəcək ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetində elmi-tədqiqat işimlə əlaqədar demək olar ki, hər gün Lütfi və Feyi ziyarət edirəm. Bu ağır gündə professor Lütfi Zadəyə dəstək olaraq güclü olmağı tövsiyə edirəm.
Mən “Fulbright” qrantını 2007-ci ildə qazanaraq Berklidə olarkən Fey Zadə ilə görüşüb dostlaşmışam. O, elə mənəviyyatlı xanım idi ki, onu sevməmək mümkün deyildi. Mən onun mehriban, hörmətli, diqqətli söhbətlərini yaxşı xatırlayıram. O, mənə qarşı çox qayğıkeş, səmimi və mərhəmətli idi. 2007-ci ildən indiyə qədər bizim dostluğumuz ona gətirib çıxardı ki, mən onların ailə üzvünə çevrildim. Mən elə hiss edirəm ki, anamı bir daha itirdim”.
Allah rəhmət eləsin!
Son xəbərlər
Digər xəbərlər