19 C
Baku
Sunday, April 14, 2024

LuxOut – dizayner əşyalarının yeni həyatı!

LuxOut – moda və dizayn dünyasının keçmişinə səyahət… Moda dünyasında bu sözləri tez-tez səsləndirməyi xoşlayırlar: Hər şeyin yenisi yaxşı unudulmuş köhnədir.

Bütün moda evləri yeni kolleksiyalarını yaradarkən, öz banilərnin keçmiş eskizlərindən ilham alır və keçmişin dəb ruhunu bizə yeni görkəmdə təqdim edirlər. Bir çox insan qarderobunda dünya dəbinin şedeverlərindən olan əşyalarınıillərlə və hətta on illərlə saxlayır və nadir hallarda onları satışa çıxarırlar. LuxOut məhz bu insanların öz əşyalarını etibarlı əllərə təslim edə biləcəyi, digər insanların isə hansısa kolleksiyadan olan çantanı və ya artıq istehsal edilməyən sevimli markadan olan paltonu əldə etməyə imkan yaradan platforma rolunu oynayır.

Biz sizə Lux olan dünya markalarının  əvvəlki kolleksiyalarından ən parlaq və seçilən əşyaları təqdim edirik. Bizim saytımızda siz keçmiş sahiblərin yalnız istifadə edilmiş əşyalarını deyil, həmçinin təzə, heç vaxt istifadədə olmamış əşyaları da tapa bilərsiniz.

LuxOut həm klassik həm də müasir istiqamətlər üzrə  dəbdə ən cəsarətli və maraqlı olanları həyata keçirir

Son xəbərlər
Digər xəbərlər