22 C
Baku
Friday, May 23, 2025

LVMH bazar dəyərinə görə Avropanın ən böyük 5 şirkəti reytinqindən çıxıb

Fransanın lüks mallar istehsalçısı “LVMH Moet Hennessy Louis Vuitton SA” bu il səhmlərinin qiymətinin kəskin ucuzlaşmasından sonra bazar kapitallaşmasına görə Avropanın beş ən böyük şirkəti reytinqindən çıxıb.

“Bloomberg” yazır ki, ilin əvvəlindən şirkətin bazar dəyəri təxminən 25% azalıb və hazırda təxminən 239 milyard avro təşkil edir. Bu göstəricidə o, Avropada “Nestle”, “Hermes”, “ASML”, “Novo Nordisk” və “SAP”dan sonra altıncı yerdədir.

“LVMH”nin səhmləri, digər lüks brendlər olduğu kimi, Çindəki zəif tələbin təzyiqi və ABŞ-nin tarifləri ilə bağlı narahatlıqlar altındadır. “LVMH Moet Hennessy Louis Vuitton SA” birinci rübdə gəlirinin 2% azaldığını açıqlayıb. Şirkətin gəliri ötən ilin eyni dövründəki 20.694 milyard avrodan 20.311 milyard avroya qədər azalıb.

Son xəbərlər
Digər xəbərlər