LVMH Marc Jacobs brendini 925 milyon dollara satıb

LVMH Marc Jacobs brendini 925 milyon dollara satıb. Brendin yeni sahibləri ABŞ-nin WHP Global və G-III Apparel Group şirkətləri olub. Çərşənbə axşamı elan edilən sövdələşmə Marc Jacobs-un Fransa konqlomeratının tərkibində keçirdiyi 30 illik dövrə son qoyur.

Daha əvvəl şirkətin birjaya çıxması ehtimalı da müzakirə olunurdu. Ötən ilin sonunda isə LVMH Marc Jacobs-u Authentic Brands Group-a 1 milyard dollara satmağa çalışmışdı, lakin həmin sövdələşmə baş tutmamışdı.

Brendin kreativ direktoru vəzifəsində Mark Ceykobs qalacaq. O, Marc Jacobs-u hələ 1984-cü ildə həmtəsis edib. Dizayner avqustda BoF-a verdiyi müsahibədə satışdan sonra şirkətin yeni strukturunun necə olacağını hələ tam anlamadığını, lakin dəyişikliklərə nikbin yanaşdığını bildirmişdi.

Ceykobs ümid edir ki, yaxın gələcəkdə brend xüsusilə ready-to-wear seqmentində daha güclü, “demokratik və kommersiya yönümlü təklif” formalaşdıracaq. Təxminən on il əvvəl Marc by Marc Jacobs xətti bağlandıqdan sonra bu istiqamət demək olar ki, yox olmuşdu. Bununla yanaşı, dizayner podium kolleksiyalarının daha kiçik və eksklüziv formatını qorumaq istəyir. WHP və G-III də bu yanaşmanı dəstəkləyir.

WHP və G-III-nin ödədiyi məbləğ LVMH-nin ilkin olaraq tələb etdiyi qiymətdən nəzərəçarpacaq dərəcədə aşağı olub. BoF hesab edir ki, belə diskont biznesin potensial gəlirliliyi ilə bağlı şübhələri və imic xarakterli dizayner kolleksiyasının saxlanmasının yüksək xərclərini əks etdirə bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər