10 C
Baku
Thursday, December 12, 2024

LVMH səhmləri zəif rüblük nəticələrdən sonra 7% ucuzlaşıb

“LVMH Moet Hennessy Louis Vuitton” şirkətinin satışları üçüncü rübdə illik 3% azalaraq 19.1 milyard avro təşkil edib. Şirkətin hesabatında deyilir ki, bunun əsas səbəbi dəbdəbəli mallar sənayesi üçün əsas bazar olan Çində aşağı istehlak aktivliyi olub. Çətin iqtisadi və geosiyasi şərtlər səbəbindən gələcək proqnozlar qeyri-müəyyən olaraq qalır.

Banker.az xəbər verir ki, LVMH-nin zəif rüblük hesabatı Çin bazarının bu il bərpa olunmağa başlayacağını gözləyən investorları məyus edib. Nəticədə, Parisdə ticarətin açılışında şirkətin səhmləri 7% ucuzlaşıb. Bazarın digər iştirakçıları da ucuzlaşma ilə üzləşib: “Kering” səhmləri 5.4%, “Hermes” – 3.1%, “Swatch Group” – 3%, “Richemont” – 2.5%, “Burberry” – 2.2% dəyər itirib.

Son xəbərlər
Digər xəbərlər